Polşa ticarət mərkəzindəki yanğına görə Rusiyanı günahlandırıb

12.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Polşanın baş naziri Donald Tusk ötən il paytaxt Varşavada "Marywilska 44" ticarət mərkəzində baş verən yanğının Rusiya kəşfiyyat orqanlarının təşkil etdiyi "qəsdən törədilən yanğın" olduğunu iddia edib.

Bizimyol.info xəbər verir ki, Polşanın baş naziri Donald Tusk "X" sosial media platformasındakı paylaşımında ötən il paytaxtın Bialoleka rayonundakı ticarət mərkəzində baş verən yanğından bəhs edib.

"Artıq "Marywilska 44" adlı ticarət mərkəzində baş verən yanğının Rusiya kəşfiyyat bölmələri tərəfindən təşkil edilən qəsdən törədilmiş yanğın hücumu olduğuna əminik", - deyən Tusk hadisə ilə bağlı bəzi cinayətkarların saxlanıldığını qeyd edib.

Tusk hadisə ilə əlaqəsi olduğu düşünülən digər cinayətkarların şəxsiyyətlərinin müəyyən edildiyini və onların tutulması üçün işlərin davam etdiyini bildirib.

12 may 2024-cü ildə Bialoleka ticarət mərkəzində yanğın baş verdi. Yanğın sürətlə yayılıb və demək olar ki, bütün ticarət mərkəzinə ziyan dəyib.

Hakim koalisiyadan olan parlament üzvü Vitold Zembaçinski təxribat ehtimalı da daxil olmaqla yanğınların tam araşdırılmasını tələb edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью