Polşa Ukrayna ilə sərhəddə yoxlamanı sərtləşdirib

17.09.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Polşalı sərhədçilər ölkə ərazisinə daxil olan ukraynalıların yoxlanışını sərtləşdirib.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu üzdən sərhəd-keçid məntəqələrində böyük sıxlıq yaranıb.

Sərhədçilər Ukraynadan gələn avtobus və yük maşınları ilə yanaşı insanların sənədlərini də ciddi yoxlayırlar. Hətta onların üzərində olan pulun məbləği ilə belə maraqlanırlar.

Yeri qaydaların tətbiqindən sonra 1 saatda cəmi 2 avtobus qarşı tərəfə buraxılır. Bəzi sürücülər məntəqələrdə hətta 5-6 saat gözləmək məcburiyyətində qalır.

Qeyd edək ki, Polşa ilə Ukrayna arasında 18 sərhəd-keçid məntəqəsi var. Onlardan 6-ı avtomobillər üçün nəzərdə tutulub.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью