Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Polşa ilə Ukrayna arasındakı sərhəd-keçid məntəqələrində yük maşınlarının hərəkətində ciddi gecikmələr qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, Polşa Radiosunun məlumatına görə, Lyublin Voyevodalığının Vergi İdarəsi Dorohusk keçid məntəqəsində sənədlərin rəsmiləşdirilməsi üçün gözləmə müddətinin 40 saata çatdığını bildirib. Qrebennoyedə gözləmə bir gündən çox, Zosində isə təxminən 8 saatdır.
Gecikmələrin Ukraynada davam edən hava hücumu həyəcan siqnalları ilə əlaqəli olduğu bildirilir. Bu səbəbdən nəqliyyat vasitələrinin yoxlanılması və rəsmiləşdirilməsi prosesi müvəqqəti dayandırılır.
Məlumata əsasən, Qrebennoyedə 880, Zosində isə 250 yük maşını növbədə gözləyir.