Polşa Ukraynadan addım GÖZLƏYİR

03.07.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Vladimir Zelenski ilə iki ölkə arasındakı münasibətləri müzakirə etdiyini bildirib.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.

Tuskun sözlərinə görə, o, Zelenskiyə Polşa ilə Ukrayna arasında yaranmış gərginliyin azaldılması üçün addımlar atmağın vacibliyini çatdırıb.

"Mən ona dedim ki, bu gərginliyi azaltmağın yolunu tapmaq məsuliyyəti daşıyır", – deyə Polşa hökumət başçısı bildirib.

Donald Tusk qeyd edib ki, Polşanın təhlükəsizliyi qonşu ölkələrlə, o cümlədən Ukrayna ilə yaxşı münasibətlərin qurulmasından keçir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью