Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyinin müavini Cezari Tomçik "TVN24" telekanalına verdiyi müsahibədə bildirib.
"Polşa, il sonuna qədər Hərbi Hava Qüvvələrinin tərkibindən çıxarılacaq bir neçə "MiG-29" təyyarəsini Ukraynaya verməyi nəzərdən keçirir", – deyə o bildirib.
Nazir müavini əlavə edərək deyib ki, "söhbət 6-8 təyyarədən gedir". Tomçik vurğulayıb ki, bu qədər təyyarənin Ukraynaya təhvil verilməsi Polşanın Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarına mənfi təsir göstərməyəcək.
Dekabrın 10-da Polşa ordusunun Baş Qərargahı Ukraynaya xidmət müddətini başa vurmuş "MiG-29" təyyarələrinin verilməsini müzakirə etməyə başladığını, bunun qarşılığında isə Ukraynanın raket texnologiyalarını əldə etməyi təklif etmişdi. Həmin vaxt Ukraynaya veriləcək "MiG-29" təyyarələrinin sayı açıqlanmamışdı.
"TVN24"ün məlumatına görə, Polşanın Hərbi Hava Qüvvələrində dekabrın sonuna qədər istismardan çıxarılacaq ümumi "MiG-29" təyyarələrinin sayı 14 ədəd təşkil edir.
Qadir, Bizimyol.info