Polşa Ukraynaya qoşun göndərməkdən imtina edib

15.01.2025

Icma.az, Anews portalına istinadən məlumat yayır.

Polşa öz sülhməramlı qoşunlarını Ukraynaya göndərməyəcək. Bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış Financial Times (FT) qəzetinə müsahibəsində bildirib.

"Sülh planı təqdim olunanda biz onu müzakirə etməyə hazırıq. Bununla belə, sərhəddə yerləşən dövlətlər öz qoşunlarını Ukrayna ərazisinə göndərməməlidir”,- məlumatda bildirilib.

Bundan əvvəl Kosinyak-Kamış NATO və Kiyevin silah istehsalını artırmaq niyyətində olduğunu bildirib.

Nazir qeyd edib ki, Varşava , Almaniya , Fransa , Böyük Britaniya və İtaliya arasında razılıq əldə olunub.

Aytac


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью