Polşa Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

05.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Polşa 2040 və ya 2044-cü illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir.

Oxu.Az sports.ru-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin idman və turizm naziri Slavomit Nitras məlumat verib.

"Biz Polşada Olimpiadanı təşkil etməyə imkan verəcək strateji sənədlərin hazırlanması üzərində işləyirik. Əvvəllər Oyunlara ev sahibliyi etmiş ölkələrin təcrübəsini nəzərə alaraq, 2040-cı ildə Olimpiya Oyunlarını təşkil etməyə çalışacağıq. Bu, 2044-cü il də ola bilər", - nazir bildirib.

Qeyd edək ki, Polşa indiyədək heç vaxt Olimpiya Oyunlarına ev sahibliyi etməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью