Polşada 30 min hərbçinin iştirakı ilə NATO təlimləri başlayıb

02.09.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polşada NATO üzrə müttəfiqlərin iştirakı ilə "Iron Defender - 25" təlimləri başlayıb.

Oxu.Az bildirir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Polşadan və müttəfiq ölkələrdən 30 minə yaxın hərbçi müasir döyüş texnikası və müdafiə sistemlərindən istifadəni məşq edəcək.

Vurğulanır ki, "Iron Defender" qarşılıqlı fəaliyyət və döyüş effektivliyinin yoxlanılması olmaqla yanaşı, Polşa ordusunun transformasiyasının nümayişidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью