Polşada ABŞın raketdən müdafiə bazası açılıb BILD

14.11.2024

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Polşada ABŞ-ın raketdən müdafiə bazası açılıb. Baza Redzikovo şəhərində, Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddən cəmi 230 km aralıda yerləşir.

Obyekt ABŞ-ın raket əleyhinə müdafiə sisteminin bir hissəsidir və Avropanı qısa mənzilli (1000-3000 km) və orta mənzilli (3000-5500 km) raketlərdən qorumaq üçün nəzərdə tutulub.

Burada həmçinin ballistik raketləri uçuşun əvvəlində aşkarlaya, izləyə və məhv edə bilən "Aegis Ashore" sistemi də var. Bu, Avropada bu tipli ikinci kompleksdir.

Ülviyyə, Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью