Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 8 noyabr, AZƏRTAC
Polşanın Baş naziri Donald Tusk Krakovda insanlara atəş açan şəxsin evində üç nəfərin cəsədinin tapıldığını açıqlayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Baş nazirin sözlərinə görə, həlak olanlar iki qadın və bir kişidir.
Qeyd edək ki, noyabrın 7-də Krakov şəhərinin mərkəzi meydanlarından birində silahlı şəxs insanlara atəş açıb. Hadisə nəticəsində ən azı 6 nəfər ölüb, vəziyyətləri ağır qiymətləndirilən 13 nəfər yaralanıb. Baş nazir Donald Tusk baş verənləri terror aktı adlandırıb. Hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Polşa vətəndaşı saxlanılıb.