Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Polşada məşhur Azərbaycan generalına həsr olunmuş kitab nəşr olunub.
Polşa Daxili İşlər və Administrasiya Nazirliyinin və ölkənin Ali Müsəlman Şurasının dəstəyi ilə "General Maçey Sulkeviç: Krım, Azərbaycan və Polşanın Qəhrəmanı" kitabı nəşr olunub.
Kitab, Azərbaycan Demokratik Respublikası Müdafiə Nazirliyinin əfsanəvi Baş Qərargah rəisi, general-leytenant Məmməd bəy (Maçey) Sulkeviçə həsr olunmuş məqalələr toplusudur. General Sulkeviç İkinci Polşa Respublikasının ( indiki Belarusun) Novoqrodek voyevodluğunda, Kemeişidə anadan olub. Kitabın ön sözündə qeyd olunur ki, Mamed bəy (Maçey) Sulkeviç Azərbaycan və Krım tatar xalqlarının tarixi qəhrəmanı kimi tanınsa da, onun nailiyyətləri Polşanın özündə hələ də az tanınır.
Maçey Sulkeviç vaxtilə Polşa-Litva Birliyində tatar icmasının mərkəzlərindən biri olan Nekraşuntsidəki (indiki Belarusda) məscidin reyestrlərində qeyd olunub. 1945-ci ildə sərhəd dəyişikliklərindən sonra orada yaşayan bütün tatarlar Nekraşuntsini tərk edərək yeni Polşaya köçdülər.
Maçey (Məmməd bəy) Sulkeviç, bir çox Polşa-Litva tatarlarının əvvəllər olduğu kimi, işğalçılara qarşı milli üsyanlardan birində qəhrəmancasına iştirakına görə nəsilləri tərəfindən xatırlanmaq imkanına malik deyildi. Onun həmçinin Krımda və Azərbaycanda bolşevik işğalına qarşı vuruşduğu və faciəvi şəkildə həlak olduğu üçün Polşa-Rusiya müharibəsində iştirak etmək imkanına olmayıb. Lakin Məmməd bəy polşalı olarag Azərbaycan və Krım tatarların milli dirçəliş tarixində xüsusi rol oynayıb.
Bunubla yanaşı, o, həmişə Polşanı və polyakları xatırlayırdı ki, bu da onun fəaliyyətində polyaklara və Polşa tatarlarına çox güvənməsi ilə sübut olunurdu.
Kitab öz dövrünün bu görkəmli şəxsiyyətinin - tatar, polyak, azərbaycanlı, müsəlman və avropalı - muassir Poşada xatirəsini canlandırmağı hədəfləyir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)