Polşada bomba aşkarlandı İnsanlar təxliyə edildi

15.11.2024

Icma.az bildirir, Milli.az portalına istinadən.

Polşanın şərqindəki Lyublin şəhərində bomba aşkar edilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki,  bu səbəbdən 3 min sakin təxliyə edilib.

Məlumata görə, partlamamış hərbi sursat ötən axşam tikinti işləri zamanı aşkarlanıb. İstehkamçılar təhlükəli tapıntının ətrafında təhlükəsizlik sahəsi yaradıblar. 

Şəhər rəhbərliyi yaxınlıqdakı altı küçənin sakinlərini təxliyə edib.

Nərmin
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью