Polşada bomba aşkarlandı: Üç min sakin təxliyə edildi

15.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Polşanın şərqindəki Lyublin şəhərində İkinci Dünya müharibəsindən qalma aviasiya bombası aşkar edilib və bu səbəbdən 3 000 sakin təxliyə edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Polsat" telekanalı məlumat verib.

Məlumata görə, partlamamış hərbi sursat ötən axşam tikinti işləri zamanı aşkarlanıb. İstehkamçılar təhlükəli tapıntının ətrafında təhlükəsizlik sahəsi yaradıblar, noyabrın 15-i səhər saatlarında isə şəhər rəhbərliyi yaxınlıqdakı altı küçənin sakinlərini təxliyə edib.

Yaxın saatlarda istehkamçılar mərminin zərərsizləşdirilməsinə başlayacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью