Icma.az, Reyting.az portalına istinadən məlumat verir. Polşa Çində istehsal olunmuş bütün minik avtomobillərinin hərbi təyinatlı obyektlərə
Reyting.az xəbər verir ki, bu barədə yerli "RMF FM" radiosu məlumat yayıb.
Məlumata görə, Polşa ordusu hissələri Çin avtomobilləri vasitəsilə bu ölkədə yerləşən hərbi obyektlər barədə gizli məlumatların ötürülə biləcəyindən narahatlıq keçirir.
Baş Qərargah rəisi general Veslav Kukula yaxın vaxtlarda Müdafiə Nazirliyinin müvafiq əmr verəcəyini açıqlayıb.
Rəsmi hərbi mənbələr vurğulayıblar ki, tezliklə qəbul ediləcək bu qərar əslində, gözlənilməz bir addım deyil, eyni zamanda, ölkənin informasiya təhlükəsizliyi ilə bağlı ümumi narahatlıqlarla əlaqəli olduğundan tamamilə başadüşüləndir.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Polşanın Şərqi Araşdırmalar Mərkəzi Çin avtomobillərini "təkər üzərində smartfonlar" adlandırmışdı.
Mərkəz eyni zamanda, Çin istehsalı olan maşınların ətraf mühiti skan edə biləcək ən müasir texnologiyalarla təchiz olunduğunu qeyd edib.
Oqtay QORÇU Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.