Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Polşanın Mazovetski bölgəsindəki dəmir yolu keçidində təxminən 120 sərnişin daşıyan qatarın yük maşını ilə toqquşub.
525.az Polşa mediasına istinadən xəbər verir ki, qəza Mazovetski bölgəsindəki Sokolniki Suçe kəndində baş verib. Lüblindən Şetsin şəhərinə gedən və təxminən 120 sərnişin daşıyan sərnişin qatarı dəmir yolu keçidinə daxil olan yük maşını ilə toqquşub. Zərbə qatarın bir hissəsinin relsdən çıxmasına səbəb olub.
Qəza nəticəsində bir nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə yerinə göndərilən təcili yardım xidmətlərinin ilkin qiymətləndirməsinə görə, yaralılardan dördünün vəziyyəti ağırdır. Ağır yaralananlar arasında qatar sürücüsü, yük maşınının sürücüsü və iki sərnişin var.
Qəza səbəbindən Volanov və Przysucha arasında qatar xidmətləri dayandırılıb və xilasetmə qrupları hadisə yerində işlərini davam etdirir.
İbrahim Cəfərov