“Polşada dövlət çevrilişi baş verir” KONKRET

03.11.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polşada Konstitusiya Tribunalının vəzifəsindən kənarlaşdırılmış sədri Boqdan Şvençkovski ölkədə dövlət çevrilişinin baş verdiyini iddia edib.

KONKRET.az xəbər verir ki, o, “Kanal Zero”nun “YouTube” kanalına müsahibəsində məsələni ciddi qəbul etməyə çağırıb.

“Daha ciddi olun, Polşada dövlət çevrilişi baş verir”, – deyə Şvençkovski bildirib.

O, çərşənbə axşamı Konstitusiya Tribunalı hakimlərinin ümumi iclasında yetərsayın təmin olunmayacağına əminliyini ifadə edib.

Qeyd edək ki, oktyabrın 30-da Varşavada Konstitusiya Tribunalının binası qarşısında etiraz aksiyası keçirilib. Məhkəmənin rəhbərliyi ətrafında yaranan mübahisə vəziyyəti gərginləşdirib. Tribunalın saytında sədr Boqdan Şvençkovskinin və onun müavini Bartlomey Soxanskinin vəzifədən kənarlaşdırıldığı barədə məlumat yerləşdirilib. Hakim Anna Korvin-Piotrovskaya isə ən təcrübəli hakim kimi özünü tribunalın sədr əvəzi elan edib.

Polşa Prezidenti Karol Navrotski baş verənləri konstitusiya qurumunun “güc yolu ilə ələ keçirilməsi” adlandırıb. O, xarici səfərini yarımçıq dayandıraraq ölkəyə qayıdıb və əvvəlki rəhbərliyin bərpa olunmasını tələb edib.

Bunun fonunda Polşanın sabiq baş naziri Mateuş Moravetski hazırkı hökumətin rəhbəri Donald Tuskun kabinetinə etimadsızlıq göstərilməsi üçün təşəbbüsə hazırlaşdıqlarını açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью