Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polşa Prezidenti Karol Navrotski Donald Tusk hökumətini Konstitusiya Tribunalını zorla ələ keçirməkdə günahlandırıb və parlamentdə təmsil olunan siyasi qüvvələrin nümayəndələrinin iştirakı ilə təcili məsləhətləşmələr də çağırıb.
“Cebheinfo.az”-ın məlumatına görə, dövlət başçısının bəyanatı Polşa Prezident Administrasiyasının rəsmi saytında dərc olunub.
Oktyabrın 31-də gecə saatlarında məhkəmə ətrafında münaqişə kəskinləşib. Prezident Seneqaldan qayıdaraq məhkəmə binasına gəlib.
Navrotski baş verənləri “Konstitusiya quruluşunun pozulması və Polşanın daxili təhlükəsizliyini təhdid” adlandırıb. O, dövlət təhlükəsizlik orqanlarını tribunal binasını tərk etməyə və asayişi bərpa etməyə çağırıb.
“Mən Ali Məhkəmənin birinci sədri Zbiqnev Kapinski ilə məsləhətləşmələr aparmışam və o da Konstitusiya Tribunalında hakimiyyəti qəsb edənlərin hərəkətlərini qanuni hesab etmir”, - deyə Karol Navqotski bəyan edib. O, həmçinin siyasi vəziyyəti sabitləşdirmək üçün parlament nümayəndələrinin iştirakı ilə təcili məsləhətləşmələrin çağırılacağını elan edib.
Qeyd edək ki, böhran oktyabrın 30-da axşam Polşa Konstitusiya Tribunalının sədri Boqdan Şvençkovskinin və vitse-prezident Bartlomey Soçanskinin səlahiyyətlərinin müvəqqəti olaraq dayandırılması barədə sərəncam dərc edildikdən sonra baş verib. Məhkəmə rəhbərliyi elan edilmiş dəyişiklikləri qəbul etməyib və veb saytının qanunsuz olaraq müsadirə olunduğunu bildirib.
Hakim Anna Korvin-Piotrovskayanın tribunalın sədri Boqdan Şvençkovskinin səlahiyyətlərinin müvəqqəti olaraq dayandırıldığını elan etməsindən sonra dövlət başçısı Seneqala səfərini yarımçıq qoyub Polşaya qayıdıb. Anna Korvin-Piotrovska rəhbərliyin dəyişdirilməsinin zəruri olduğunu deyib.
Axşam saatlarında Boqdan Şvençkovski məhkəmə binasına gəlsə də, polis onun girişinə izcazə verməyib.
Etirazçılar qapının zəncirini kəsməsindən sonra Boqdan Şvençkovski, Hüquq və Ədalət partiyasının lideri Yaroslav Kaçinski və keçmiş mədəniyyət naziri Pyotr Qlinski binaya daxil oldular. Lakin tribunal sədrinin irəliləməsinin qarşısı alınıb.
Ali Məhkəmənin ilk sədri Kapinski baş verənləri “dövlət çevrilişi” adlandırıb və tribunal əleyhinə hərəkətləri qanunsuz elan edib.
Baş nazir Donald Tusk isə bu fikirlərlə razılaşmayaraq qanunun aliliyinin bərpası üçün qətiyyətli tədbirlər görülməsinin vacibliyini bildirib.
Beləliklə, tribunal üzərindəki qarşıdurma hökumətlə prezident arasında məhkəmə hakimiyyəti uğrunda münaqişənin gərgin mərhələsinə çevrilib.
Prezident Karol Navrotski dərinləşən siyasi böhran fonunda gecə vaxtı Seneqaldan yarımçıq qayıtdıqdan sonra Polşa Konstitusiya Tribunalının binasının qarşısında dava baş verib. Navrotski gecə saat 1 radələrində Ali Məhkəmənin ilk sədri Zbiqnev Kapinskinin müşayiəti ilə tribunal binasına daxil olub.
Girişin yaxınlığında əlbəyaxa dava düşüb. Toqquşmanın təfərrüatları və ya mümkün xəsarətlər barədə məlumat verilmir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər: Polşa Konstitusiya
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin