Polşada əhaliyə dronlarla bağlı xəbərdarlıq göndərildi

10.09.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polşa hökuməti öz sakinlərinə “Alert RCB” sistemi vasitəsilə SMS xəbərdarlıq göndərib.

Axar.az xəbər verir ki, bu barədə Polşada yaşayan vətəndaşlar məlumat yayıb.

“Diqqət! Polşa Respublikasının sərhədini pozmuş obyektlərin zərərsizləşdirilməsi əməliyyatı ilə əlaqədar dronlar və onların düşdüyü yerlər barədə aidiyyəti orqanlara məlumat verin. Onlara yaxınlaşmayın”, - xəbərdarlıqda bildirilib.

Qeyd edək ki, bu gün səhər Polşa sərhədini keçən Rusiyaya məxsus “Şahid” PUA-ları məhv edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью