Icma.az, Yenicag portalına istinadən məlumat verir. Polşada keçmiş ədliyyə naziri (2015-2023) Zbiqnev Ziobro ilə bağlı deputat toxunulmazlığ
Yenicag.az xəbər verir ki, bu barədə TVP İnfo telekanalı məlumat yayıb.
Bu tədbirlərin görülməsinə səbəb Polşa siyasətçilərinin söhbətlərini dinləmək üçün “Pegasus” casus proqramından istifadə ilə bağlı pozuntuların araşdırılması olub.
Seymin bu məsələ üzrə komissiyasının sədri Maqdalena Sroka bildirib ki, vəsatət dərhal respublikanın baş prokuroruna təqdim olunacaq.
Bundan sonra prokuror öz statusuna uyğun olaraq Zbiqnev Ziobronun mandatdan məhrum edilməsi barədə ərizə ilə Seymə müraciət edəcək.
Ziobro iki dəfə səhhətini əsas gətirərək Seym komissiyasında dindirilməyə gəlməyib.
Komissiya cavab olaraq prokurorluqla əlaqə saxlayıb, prokurorluq isə istintaqa məhkəmə-tibb eksperti təyin edib.
Məhkəmə-tibb eksperti belə qənaətə gəlib ki, tibbi baxımdan Ziobronun komissiya iclasında görünməsinə heç bir maneə yoxdur.