Polşada iki Türkiyə vətəndaşı saxlanıldı VİDEO

13.10.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polşanın Volya-Krohovska kəndində yerləşən "Starlink" peyk rabitəsinin yerüstü stansiyasını yandırmaqda şübhəli bilinən iki Türkiyə vətəndaşı saxlanılıb.
Bizim.Media xəbər verir ki, şübhəlilər Polşaya təhvil verildikdən sonra onlar xarici kəşfiyyatın maraqları naminə təxribatçılıq fəaliyyəti ittihamı ilə mühakimə olunacaqlar.
 

Polşanın Xüsusi Xidmət Organlarının Əlaqələndirici Naziri Tomaş Semonyak təxribatın arxasında Rusiyanın xüsusi xidmət orqanlarının dayandığını bəyan edib. O vurğulayıb ki, Kreml bu cür əməliyyatlar üçün kriminalla əlaqəsi olan şəxsləri daha tez-tez ələ almağa (verbovka etməyə) başlayıb.


Polşanın Baş naziri Donald Tusk isə baş verənləri Rusiyanın növbəti hibrid müharibə aktı kimi qiymətləndirib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью