Polşada İkinci Dünya Müharibəsinə aid bomba tapıldı: 3000ə yaxın insan...

15.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Polşanın şərqində yerləşən Lyublin şəhərində İkinci Dünya Müharibəsindən qalma təyyarə bombası aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Polsat" telekanalı məlumat yayıb.

Məlumata görə, bomba ərazidə aparılan tikinti işləri zamanı tapılıb.

Yaxınlıqdakı 6 küçənin sakinlərinin yəni, 3000-ə yaxın insanın müvəqqəti olaraq təxliyə edildiyi bildirilib.

Bomba texniklərinin bir gün ərzində bombanı zərərsizləşdirəcəyi gözlənilir.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью