Polşada ilk xristianlara aid qəbiristanlıq tapıldı

10.10.2025

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Polşanın Borkovo kəndində aparılan qazıntılar zamanı 1000 il əvvələ aid insan skeletlərinin olduğu qəbiristanlığın qalıqları aşkar edilib.

Kulis.az xəbər verir ki, tədqiqatçılar o dövrün insanlarının xristianlığı qəbul etməyə başladıqlarını, lakin hələ də bəzi qədim paqan ənənələrini davam etdirdiklərini müəyyən ediblər.

Qəbirlərin çoxunda paqan ənənələrinə məxsus ox ucluqları, döyüş baltaları, bıçaqlar, üzüklər və karneol daşından hazırlanmış muncuqlar tapılıb.

Qeyd edək ki, hazırda skeletlər antropoloji təhlil üçün laboratoriyada saxlanılır.

Sən də tufanla oynama... - Günün mahnısı Eldar Baxışın yeni kitabı çap olundu Azərbaycan estradasında ilk - 31 ifaçı bir layihədə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью