Polşada keçmiş nazir döyülüb

28.08.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Polşanın keçmiş səhiyyə naziri (2020-23) Adam Nedzelski COVID-19 epidemiyası zamanı apardığı siyasətə görə Polşanın qərbindəki Sedlets yaşayış məntəqəsində döyülüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "RMF24" radiostansiyası məlumat verib.

Məlumata görə, siyasətçiyə hücum edən kişilər ölkədə COVID-19 epidemiyası zamanı Nedzelskinin qərarlarını yüksək səslə tənqid ediblər.

Keçmiş nazirin ciddi xəsarət almadığı, hücum edənlərin isə yerli polis tərəfindən nəzarətə götürüldüyü bildirilib. Saxlanılanların dindirilməsi bu gün (avqustun 28-də) baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью