Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşanın Krakov şəhərinin mərkəzində insanlara atəş açan silahlı şəxs xəstəxanada ölüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə noyabrın 9-da səhər saatlarında Malopolşa voyevodluğunun polisi “X” sosial şəbəkəsində məlumat yayıb.
Hadisə noyabrın 7-də Krakovun mərkəzində baş verib. Avtomobildə olan silahlı kişi yoldan keçən insanlara nizamsız atəş açıb.
Daha sonra silahlı şəxsin evində üç meyit aşkarlanıb. Ölənlərin onun ailə üzvləri olduğu müəyyən edilib.
Polşanın Baş naziri Donald Tusk siyasi dairələri Krakovdakı faciədən öz maraqları üçün istifadə etməməyə çağırıb.
Silahlı şəxsin xəstəxanada ölümünün səbəbi və hadisə ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.