Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
Polşa Futbol Assosiasiyası ölkənin aşağı divizionlarında çıxış edən 10 futbolçunu oyun alveri şübhəsi ilə futboldan uzaqlaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
AP informasiya agentliyi bildirir ki, adı xoşagəlməz olayda hallanan oyunçuların hamısı üçüncü divizion və ya daha aşağı liqalardakı klubların üzvləridir. Onların cəza müddətləri hələlik açıqlanmayıb.
Polşa Futbol Assosiasiyasının İntizam Komitəsinə bu oyunçularla bağlı araşdırmaya başlamaq tapşırılıb. Federasiyadan onu da bildiriblər ki, oyun alveri (danışılmış oyun) şübhələri xüsusi proqram təminatı vasitəsilə aşkar edilib.