Polşada qeyri adi hadisə: Qunduz kişinin alt paltarını oğurladı

21.07.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Polşada qeyri-adi hadisə baş verib. Bir kişi həyətində qurumağa qoyduğu paltarların müəmmalı şəkildə yoxa çıxmasının səbəbini nəhayət öyrənib.
Bizim.Media xəbər verir ki, bu barədə Fakt nəşri yazıb.
Məlumata görə, kişi qunduzun paltar ipinə yaxınlaşaraq alt paltarını qoparıb dişinə keçirdiyini və suya tərəf qaçdığını öz gözləri ilə görüb.
Onun sözlərinə görə, heyvan geriyə dönərək fısıldayıb və sonra göldə itib.
Zərərçəkən hesab edir ki, qunduz oğurladığı paltardan yuvasının tikintisində istifadə etmək istəyib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью