Polşada Ramazan bayramı qalmaqala səbəb oldu

01.04.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Polşada müsəlmanların Ramazan bayramını qeyd etmələri qalmaqala səbəb olub.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli media orqanları məlumat yayıb.

Sileziya əyalətində yerləşən Mıslovitsa şəhərində keçirilən bayram tədbirləri dini ixtilaflar doğurub.

Yerli müsəlmanlar mərasim tədbirləri keçirmək üçün bələdiyyənin sağlamlıq mərkəzində zal icarəyə götürüblər.

Şəhərin meri Dariuş Voytoviç məsələyə reaksiya verib. O, rəsmi olaraq bildirib ki, administrasiyanın baş verənlərlə heç bir əlaqəsi yoxdur və binanın icarəyə verilməsi Mıslovitsa sakinlərinin şəxsi təşəbbüsüdür.

Bundan sonra şəhərdə dini tədbirlər üçün binaların kommersiya icarəsinə tam qadağa tətbiq olunacaq. Mer belə deyib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью