Polşada Rusiyanın xeyrinə casusluq etdiyi iddiası ilə ukraynalı həbs edilib | Icma.az
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir. Polşada Rusiyanın xeyrinə casusluq etdiyi iddiası ilə ukraynalı həbs edilib Polşa məh
Bu barədə Polşa Daxili Təhlükəsizlik Agentliyinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı Danilo H.
oktyabrın 16-da Polşa və Rumıniya xüsusi xidmət orqanlarının birgə əməliyyatı çərçivəsində saxlanılıb.
Ertəsi gün o, casusluqda ittiham olundu, bundan sonra məhkəmə üç aylıq həbs qətimkan tədbiri seçdi.
Bloomberg-in məlumatına görə, saxlanılan şəxs anbarda işləyirmiş və Varşava yaxınlığında yaşayırmış.
Müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxslərlə “yaxından əməkdaşlıq edən” daha iki ukraynalı da Rumıniyada həbs edilib.
Polşa kəşfiyyatının sözçüsü Jacek Dobrzynski, "Onlar Polşa və Rumıniya vasitəsilə Ukraynaya partlayıcı daşımaq üçün istifadə etdikləri bir növ marşrut yaradıblar" dedi.
Polşada da hərbi obyektlərin yandırılması və izlənilməsi ilə bağlı 5 şübhəli saxlanılıb.
Tam oxu
Xəbəri oxu