Icma.az, Axar.az saytına istinadən bildirir.
Rusiyaya və Belarusa casusluq etməkdə şübhəli bilinən Polşa Müdafiə Nazirliyinin əməkdaşı saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“60 yaşlı şübhəli 1990-cı illərdən bəri Strategiya və Planlaşdırma Departamentində müxtəlif orta səviyyəli rəhbər vəzifələrdə çalışıb. Onun Ukrayna müharibəsinin başlanğıcından bəri Polşa ərazisində bir sıra hibrid müharibə və təxribat fəaliyyətləri həyata keçirən Rusiya və Belarusun kəşfiyyat orqanlarına necə kömək etdiyi hələ məlum deyil”, - məlumatda bildirilib.