Polşada şaxtadan 38 nəfər ölüb

02.02.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Polşada kəskin şaxtalı hava şəraiti 38 nəfərin həyatına son qoyub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Veslav Şepanski mətbuata dünənki  açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Kuyavsko-Pomorskda da 2 nəfərin donaraq öldüyü barədə məlumat var. Əgər təsdiqlənərsə, bu halda ölü sayı 40 olacaq.
Şepanski fevralın 2-ə keçən gecə havanın daha da soyuyacağını bildirmişdi. 

Maraq üçün qeyd edək ki, ölkənin ən soyuq yerlərindən biri olan Suvalki şəhərində bu gecə temperatur -29 dərəcə təşkil edib. 

Yeri gəlmişkən, nazir şaxtalı günlərdə 54 nəfərin dəm qazından dünyasını dəyişdiyini də bildirib.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью