Polşada sərt qış qatarların hərəkətini iflic edib

27.01.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 yanvar, AZƏRTAC

Polşada hökm sürən əlverişsiz hava şəraiti dəmir yolu nəqliyyatında ciddi problemlərə səbəb olub, bir sıra istiqamətlər üzrə qatarların hərəkəti dayandırılıb.

AZƏRTAC Polşanın PAP informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda Qərbi Pomeraniya voyevodalığında planlaşdırılan qatar reyslərinin bərpası üçün intensiv işlər aparılır.

Polşa Dövlət Dəmir Yolu Xətləri şirkətinin bildirdiyinə görə, ərazidə əsas qatarlar və qoruyucu lokomotivlər fəaliyyət göstərir. Əməliyyatların dəstəklənməsi məqsədilə Poznan və Zbaszinek şəhərlərindən əlavə qatarlar göndərilib.

Hazırda dəmir yolu infrastrukturunda buzun təmizlənməsi üzrə intensiv işlər aparılır. Qeyd olunur ki, regional dizel qatarları buzlanmış dartma xətlərinin olduğu bəzi istiqamətlərdə hərəkətini davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью