Polşada sığınacaq almış Rusiya casusu həbs olundu

10.07.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polşanın Sosnovets şəhərinin dairə məhkəməsi Rusiya vətəndaşı İqor Roqovu Rusiya xüsusi xidmət orqanlarının xeyrinə casusluqda təqsirli bilərək 7 il müddətinə azadlıqdan məhrum edib. Onun həyat yoldaşı İrina isə casusluq fəaliyyətinə yardım göstərdiyinə görə 3 il həbs cəzasına məhkum olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa prokurorluğunun məlumatında deyilir.

İstintaqın məlumatına görə, Polşada siyasi sığınacaq aldıqdan sonra Roqov bir neçə il ərzində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq edib. Prokurorluqdan bildirilib ki, o, Polşada yaşayan rusiyalı müxalif fəallar, onlara yardım göstərən təşkilatlar, həmçinin Polşanın dövlət qurumlarının fəaliyyəti və rusiyalılara polyak dili tədris edən müəllimlər barədə məlumatları Rusiya kəşfiyyatına ötürüb.

İstintaq müəyyən edib ki, Roqov topladığı məlumatların bir hissəsini həyat yoldaşı Rusiyaya yola düşməzdən əvvəl fləş yaddaş vasitəsilə ona verib. Məhkəmə qadını casusluq fəaliyyətinə yardım göstərməkdə təqsirli bilib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью