Polşada “Son nəsil” cəzalandırılacaq

03.12.2024

Icma.az, Ayna saytına istinadən bildirir.

Baş nazir Varşavada yolları bağladıqlarına görə ekoloji fəalları cəzalandıracağını açıqlayıb

Varşavada yolları bağladıqları üçün “Ostatnie Pokolenie” (Son nəsil) təşkilatının ətraf mühit fəalları cəzalandırılacaqlar. AYNA “Polsat” telekanalına istinadən bildirir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

“Yol blokadaları, siyasi niyyətlərindən asılı olmayaraq, dövlət və bütün yol istifadəçiləri üçün təhlükə yaradır”, - deyən Tusk “müvafiq dövlət xidmətlərinə qətiyyətlə reaksiya verməyi və bu cür hərəkətlərə qarşı durmağı” əmr etdiyini bildirib.

Qeyd edək ki, keçən həftə fəallar bir neçə dəfə Varşavanın əsas nəqliyyat arteriyalarından biri olan Vislostradanı bağlayaraq kilometrlərlə tıxac yaradıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью