Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Polşanın Krakov şəhərinin mərkəzində silahlı silahlı hücum baş verib.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, insident zamanı 5 nəfər həyatını itirib, 10-dan çox insan yaralanıb.
Hadisə yerli vaxtla saat 15:00 radələrində şəhərin mərkəzindəki Baş Meydanda baş verib.
Məlumata görə, avtomobili ilə meydana daxil olan şəxs nəqliyyat vasitəsindən ətrafdakı insanlara atəş açıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Polşa Prezidenti Karol Navrotski hadisə ilə bağlı narahatlığını ifadə edib, həlak olanların yaxınlarına başsağlığı verib və yaralılara şəfa diləyib.