Polşada Ukrayna sərhədindəki hava limanı bağlandı

08.09.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Polşanın Lyublin Beynəlxalq Hava Limanı hərbçilərin tələbi ilə mülki təyyarələr üçün müvəqqəti olaraq bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadla məlumat yayıb.

“Milli təhlükəsizliklə bağlı planlaşdırılmamış hərbi fəaliyyət səbəbindən hava limanı bağlıdır”, - o bildirib.

Mənbə “planlaşdırılmamış hərbi fəaliyyət” dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, hava limanı Ukrayna sərhədindən təxminən 90 kilometr məsafədə yerləşir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью