Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Polşa Prezidenti Karol Navrotski 2022-ci ilin fevralından sonra ölkəyə gələn ukraynalılar üçün xüsusi statusun və güzəştlərin uzadılması ilə bağlı qanun layihəsinə veto qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz sosial ədalətə can atmalıyıq, ona görə də mənə təqdim olunan formada Ukrayna vətəndaşlarına yardım haqqında qanunu imzalamadım", - deyə Navrotski mətbuat konfransında bildirib.
Polşa dövlətinin başçısı qərarını layihədə uşaq müavinətlərinin ödənilməsinə məhdudiyyətin nəzərdə tutulmaması ilə izah edib. Onun fikrincə, müavinətlər, yalnız işləyən ukraynalılara ödənilməlidir.