Polşada Xocalı soyqırımı qurbanları üçün anım lövhəsi açıldı FOTO | Icma.az
Icma.az, Yenicag portalına istinadən məlumat yayır. Polşada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım lövhəsinin açılış mə
Tədbirin açılışını Polşanın İslam müftisi Tomasz Miśkiewicz edib.
Yenicag.az xəbər verir ki, Müftü Tomasz Miśkiewicz Polşanın İslam dini icmasının rəhbəridir və ölkədəki müsəlman icmasına dini və mədəni istiqamətdə rəhbərlik edir.
O, İslamın sülh və ədalət dəyərlərini təbliğ edir, müxtəlif icmalar arasında dialoqun və birgəyaşayışın möhkəmlənməsi üçün fəal çalışır.
Mərasim zamanı Müftü Miśkiewicz Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxuyub, Azərbaycan və Polşanın dost ölkələr olduğunu qeyd edib.
O vurğulayıb ki, bu anım lövhəsi yalnız Xocalı soyqırımının deyil, ümumiyyətlə, haqsız yerə əziyyət çəkən bütün insanların xatirəsini əbədiləşdirən bir simvoldur.
Soyqırımların dini, irqi və milliyyəti olmadığını bildirən müftü, Xocalı qurbanlarına və dünyanın müxtəlif yerlərində müharibələrdən əziyyət çəkən insanlara Allahdan mərhəmət və yardım diləyib.
Daha sonra Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xanım Nərgiz Qurbanova çıxış edərək Müftü Tomasz Miśkiewiczə təşəkkürünü bildirib.
Tam oxu
Xəbəri oxu