Polşada yarışda sürücü avtomobil ilə tamaşaçıların arasına girib

26.05.2025

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Polşanın Krosno hava limanında keçirilən avtomobil yarışı zamanı 27 yaşlı sürücü sükanın idarəetməsini itirərək avtomobili ilə tamaşaçıların arasında girib.

Xalqcəbhəsi.az “Demirören” Xəbər Agentliyinə istinadən qeyd edir ki, qəza nəticəsində 4-ü ağır olmaqla 18 nəfər yaralanıb.

Qəzadan sonra bölgəyə çox sayda yanğınsöndürmə briqadası, təcili yardım maşınları və təcili yardım helikopterlərinin göndərildiyi bildirilib.

Polis qəza ilə bağlı araşdırma başlandıldığını açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью