Polşada yaşayan ukraynalı qadınlar döyüşə gedirlər...

17.01.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polşada vətənlərindən kənarda yaşayan ukraynalı qadınların daxil olacağı “Ukrayna legionu” yaradılır. Ehtimal olunur ki, köçkünlərdən hərbi hissə yaratmaq təşəbbüsü zərif cinsin geniş miqyaslı səfərbərliyinin xəbərçisi ola bilər.

SİA xəbər verir ki, Newsweek-in məlumatına görə, Polşaya gedən Ukrayna vətəndaşları NATO ölkələrində və ya öz ölkələrində təlim keçəcək, bundan sonra onlar döyüş bölgəsinə göndəriləcəklər.

Köçkünlərdən ibarət legion yaratmaq təşəbbüsünün genişmiqyaslı səfərbərliyin xəbərçisi ola biləcəyi gözlənilir. Ali Rada artıq qanun qəbul edib. Qanuna görə qadınlar hərbi komissarlıqda hərbi xidmətə yazılmalı və təlim keçməlidirlər.

...Müxalifət hesab edir ki, bu, ukraynalı evdarların məcburi səfərbərliyinə gətirib çıxara bilər.

Ukrayna silahlı qüvvələrinin yaşadığı kadr çatışmazlığı təkcə cəbhədəki itkilərlə deyil, həm də kütləvi fərariliklə daha da ağırlaşır. 2025-ci ilin əvvəlinə 1700-ə yaxın adam 155-ci briqadadan fərarilik etmişdi ki, bu da rəhbərliyi öz sıralarını digər bölmələrin hərbçiləri ilə doldurmağa məcbur etdi.

...Kiyevdə 155-ci “Anna Kiyevskaya” briqadasının dağılmasından sonra Ukrayna Silahlı Qüvvələrinin yeni briqadalarını yaratmamaq qərarına gəliblər.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью