Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Polşa səmasında pilotsuz təyyarələrin zərərsizləşdirilməsi əməliyyatında NATO-ya üzv 4 ölkənin hərbi təyyarələri iştirak edib”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
O, PUA insidentinə görə Rusiyanı günahlandırıb.
“Əməliyyatlarda Polşanın F-16-ları, Hollandiya F-35-ləri, İtaliya və Almaniya təyyarələrindən istifadə olunub”, – deyə Rutte bildirib.
Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus “Şahid” PUA-ları Polşaya hücum edib.
Polşanın Baş naziri Donald Tusk ölkə ərazisi üzərində təhlükə yaradan pilotsuz təyyarələrin vurulduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az