Polşadan Belarusa iki ukraynalının təhvil verilməsi ilə bağlı TƏLƏB

20.11.2025

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Polşa XİN-in mətbuat katibi Maçey Vevyur bildirib ki, Varşava dəmir yolunda partlayışın təşkilində şübhəli bilinən iki ukraynalının təhvil verilməsi tələbi ilə Minskə müraciət edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.

Hadisə noyabrın 16-da Polşadan Ukraynaya gedən dəmir yolunun Demblin-Varşava xəttində baş verib.

"Belarusun müvəqqəti işlər vəkilinə diversiya törətməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşının təhvil verilməsi tələbi ilə nota təqdim edilib", - deyə Vevyur bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью