Polşadan Rusiya ilə bağlı maraqlı təklif

21.02.2025

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polşa baş naziri Donald Tusk Rusiya Mərkəzi Bankının Belçikada yerləşən 210 milyardlıq valyuta ehtiyatını bloklamağı tövsiyə edib. O, bu barədə Avropa İttifaqının növbəti iclasında danışıb.

Yenicag.az xəbər verir ki, Donald Tusk ümumilikdə Moskvanın Avropadakı bütün mülklərinin müsadirə edilməli olduğunu bildirib. Polyak nazir Trampın Ukrayna ilə bağlı son addımlarını da sərt şəkildə qınayıb.

Qeyd edək ki, Varşava Ukraynadan sonra növbənin ona çatacağından narahatdır. Polşa ordusu Avropanın ən qabaqcıl ordularından biri olsa da, Rusiya qarşısında tab gətirəcək gücdə deyil./yenisabah

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью