Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Polşa Türkiyənin müdafiə sənayesinin inkişaf modelini nümunə götürmək istəyir.
Turkustan.az xəbər verir ki, Polşanın baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniak-Kamış 8-11 sentyabr tarixlərində Keltsedə keçirilən 34-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışında Türkiyənin son 20 ildə müdafiə sənayesində əldə etdiyi inkişafı yüksək qiymətləndirib.
Nazir bildirib ki, Türkiyə yalnız daxili tələbatını ödəmək üçün hərbi texnika istehsal etmir, həm də müdafiə məhsullarını xarici ölkələrə ixrac edir.
“Türkiyə böyük bir sıçrayış etdi. Son 20 ildə böyük transformasiyaya uğradı. Əvvəllər öz ehtiyacları üçün lazım olan avadanlıqların yalnız 20 faizini istehsal edir, 80 faizini xaricdən alırdı. Bu gün isə nisbətlər tamamilə əksinə çevrilib”, - deyə Kosiniak-Kamış bildirib.
O, Türkiyənin bu modelini Polşada da tətbiq etmək istədiklərini vurğulayıb.
Kosiniak-Kamışın sözlərinə görə, hazırda Polşada hərbi texnikanın təxminən 50 faizi ölkə daxilində istehsal olunur, digər 50 faizi isə xaricdən alınır.
Aytən Yaşar/ Turkustan.az