Polşadan Ukrayna taxılı ilə bağlı qəti QƏRAR

16.09.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Polşa Ukrayna taxılının tranzit adı altında ölkəyə qanunsuz idxal olunması ehtimalını istisna edib.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” ölkənin kənd təsərrüfatı və kənd təsərrüfatının inkişafı naziri Stefan Krayevskinin RMF FM radiostansiyasının efirində səsləndirdiyi açıqlamaya istinadən məlumat yayıb.
 

Onun sözlərinə görə, Varşava 2023-cü ildə Ukrayna taxılının Polşa bazarında yaratdığı qeyri-sabit vəziyyətin təkrarlanmasına yol verə bilməz. Nazir xatırladıb ki, hazırda Ukraynadan dörd növ taxıl məhsuluna — buğda, qarğıdalı, günəbaxan və rapsa qoyulan embarqo qüvvədədir.


O vurğulayıb ki, Ukrayna taxılı Polşa ərazisindən yalnız tranzit yolu ilə keçə bilər.
“Tranzit Milli Vergi Administrasiyasının nəzarəti altında mümkündür. Bunun üçün müvafiq elektron vasitələr mövcuddur, taxıl daşıyan hər bir yük maşınının, eləcə də Polşadan keçən hər bir vaqonun geolokasiyası aparılır”, — deyə Krayevski izah edib.
O əlavə edib ki, rəqabət şərtləri baxımından Polşa taxılı Ukrayna taxılından geri qalmamalıdır.
Polşada yerli fermerlərin qiymətlərin düşməsindən şikayət etməsi və etiraz aksiyaları keçirməsindən sonra 2023-cü ilin aprelində Ukrayna taxılının idxalına qadağa qoyulub. Daha sonra ümumavropa məhdudiyyət mexanizmi tətbiq olunub.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью