sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çempionlar Liqasının 7-ci turu "Barselona"nın hücumçusu Robert Levandovski üçün əlamətdar olub.
Sport24.az xəbər verir ki, polşalı hücumçu Praqa "Slaviya"sı (4:2) ilə matçda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla da o, Avropanın ən mötəbər turnirində qol sevinci yaşayan ikinci ən yaşlı futbolçu olub.
"Opta Sport" statistika portalının məlumatına görə, polşalı futbolçu qol vurduğu zaman 37 yaş 153 günlük olub.
Bu siyahıda ən yaşlı oyunçu isə Serxio Ramosdur. O, 2023-cü ilin dekabrında, 37 yaş 257 günlüyündə "Sevilya"nın heyətində "Lans"ın qapısına
Qeyd edək ki, Levandovski 2022-ci ildən "Barselona"nın formasını geyinir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.
Hücumçu bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 11 qol vurub və iki məhsuldar ötürmə edib.