Polşalı idmançılar Olimpiya Oyunlarından kənar qala bilər

31.08.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq Olimpiya Komitəsi polşalı idmançıları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına buraxmaya bilər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Polşa Milli Olimpiya Komitəsinin prezidenti Radoslav Peseviçin ölkəsində həbs edilməsidir.

Peseviç korrupsiya və pullu himayədarlıqda ittiham edilir. Bundan başqa o, dələduzluq edərək Polşa milli olimpiya komitəsinin baş sponsoru olan "Zondacrypto" kriptovalyuta birjasının müflisləşməsinə nədən olub. Məhkəmənin qərarı ilə Peseviç 3 aylıq həbs edilib.

BOK-nin sanksiyalarından qaçmaq üçün 3 variant var. Birincisi, Peseviç könüllü istfa verməlidir. Digərləri isə MOK onu özü istefaya göndərməli və ya səlahiyyətlərini dayandırmalıdır. Ən pis variant isə, BOK-nin işə qarışmasıdır. Bu halda polşalı idmançıların olimpiadadan kənarda qalmas. qaçılmaz olacaq.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью