Polşalı məşqçi Qarabağ ın qapıçısından danışdı

05.06.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mateuş yaxşı, zəhmətkeş futbolçudur. Onunla heç vaxt problemimiz olmayıb".

QOL.az xəbər verir ki, bu sözləri Polşa mətbuatına müsahibəsində "Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin "Radomyak" klubunda məşqçisi olmuş Marius Levandovski deyib.

Koxalskinin Polşa millisinə dəvət almasını dəyərləndirən Marius Levandovski deyib: "O, texniki cəhətdən yaxşı hazırlıqlı qapıçıdır. Bu, bizim qapıçılar üzrə məşqçimizin də sayəsində mümkün olub. Zaman sürətlə keçir. Biz müəyyən dövrdə bir yerdə çalışmışıq. İndi isə o, öz yerini tapıb, inkişaf edib və özünü göstərə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью