Polşalı oyunçu “Fənərbaxça” ilə vidalaşıb

22.01.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski sosial şəbəkə hesabında paylaşdığı açıqlama ilə komanda ilə vidalaşıb.

Apasport.az xəbər verir ki, polşalı yarımmüdafiəçi “sarı-lacivərdlilər”ə hər şey üçün təşəkkür edib:

“Bu gün mənim üçün çox xüsusi bir dövrü bağlayıb vidalaşma zamanıdır. Bu klubun bir parçası olmaq fürsətini mənə verdiyi üçün ‘Fənərbaxça’ya təşəkkür edirəm. Bu formanı geyinmək mənim üçün böyük şərəf idi.

Komanda yoldaşlarıma, texniki heyətə və klubda çalışan hər kəsə gündəlik əməkləri və davamlı dəstəkləri üçün təşəkkür edirəm. Və əlbəttə ki, bu klubun ürəyi olan bütün azarkeşlərə - hər oyundakı dəstəyiniz və qeyd-şərtsiz sevginiz üçün minnətdarlığımı bildirmək istəyirəm. Hər birinizə gələcəkdə uğurlar və ən yaxşısını arzulayıram”.

Qeyd edək ki, “Fənərbaxça” Sebastian Şimanskini 2023-cü ildə Moskva “Dinamo”sundan 9,75 milyon avroya transfer etmişdi.

Edin Ceko "Şalke"də - Rəsmi “Aston Villa”nın 5 oyunçusu “Fənər"lə oyunu buraxacaq ÇL: Levandovski tarixə düşüb "Barselona"dan antirekord “Qarabağ”ın futbolçusu Çempionlar Liqasının tarixinə düşdü – ilk azərbaycanlı oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью