Polşalı qapıçı “Qarabağ”dan ayrıla bilər

20.06.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 iyun, AZƏRTAC

“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski komandadan ayrıla bilər.

AZƏRTAC Polşa mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper İngiltərə və Fransa klublarından təklif alıb.

Çempionşip və Liqa 1 komandaları ilə yanaşı, Polşa çempionatının bir neçə təmsilçisi də oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, ötən ilin yayından “Qarabağ”da çıxış edən Mateuş Koxalski Ağdam təmsilçisinin heyətində ümumilikdə 28 rəsmi oyun keçirib. Bu görüşlərdə o, 27 qol buraxıb, 13 dəfə isə qapısını toxunulmaz saxlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью