Polşalı qolkiper Barselona dan ayrılacaq

28.11.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona" mövsümün sonunda müqaviləsi başa çatan Voyçex Şensni ilə bağlı qərar verib. Sport24.az xəbər verir ki, La Liqa nəhəngi polşalı qapıçı ilə yollarını ayıracaq.

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Barselona" Şensniyə yeni sözləşmə təklif etməyi planlaşdırmır. 36 yaşlı qolkiper azad agent statusu ilə klubu tərk edəcək.

Qeyd edək ki, Voyçex Şensni 2025-ci ilin yayından "Barselona"da çıxış edir. Təcrübəli "əlcək sahibi" cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 1 rəsmi matçda 45 dəqiqə meydanda olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью